BİZNES

15 İyul

Azərbaycanda deflyasiya qeydə alınıb

Bu ilin iyun ayında Azərbaycan istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,5%, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,3% təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin iyun ayında may ayı ilə müqayisədə 100,2%, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,7% təşkil edib.