BİZNES

10 İyun

Pərakəndə ticarət şəbəkələrində alıcılara nə qədər mal satılıb?-MƏBLƏĞ

2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15240,6 milyon manatlıq mal satılıb. 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb. 

Məlumata görə, 8381,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6859,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 % artmış, qeyri-ərzaq malları üzrə isə 1,9% azalıb. 

Müəllif: Aynur Qəniyeva