2021-ci ilin yanvar-may aylarında əsas kapitala 4907,0 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3% az vəsait yönəldilib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 7,9 faiz azalıb. İstifadə olunmuş vəsaitin 3392,2 milyon manatı və ya 69,1 faizi məhsul istehsalı sahələrinə, 1143,2 milyon manatı (23,3 faizi) xidmət sahələrinə, 371,6 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2960,8 milyon manatını və ya 60,3 faizini daxili vəsaitlər təşkil edib.Əsas kapitala yönəldilmiş vəsaitlərin 3287,1 milyon manatı və ya 67,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Müəllif:Aynur Qəniyeva