“Salyan – Avtovağzal” ASC-nin gəliri səhmdarları divident olaraq səhmdarlar arasında bölüşdürüləcək
Fins.az xəbər verir ki,“Salyan – Avtovağzal” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və yığıncaqda aşağıdakı qərarlar qəbul edilib
Bildirilir ki, cəmiyyətin 2020-cu ilin maliyyə - təsərrüfat fəaliyyətinə dair idarə heyətinin hesabatı qəbul edilsin və 1954 manat 78 qəpik divident olaraq səhmdarlar arasında bölüşdürülsün. 2.”Salyan – Avtovağzal” Açıq Səhmdar Cəmiyyəti Ləğvedilsin. 3. “Salyan – Avtovağzal”ASC ilə “H.N-TRANS”MMC arasında bağlanmış icarə müqaviləsinin aylıq icarə haqqı məbləği 1800 manat olaraq saxlanılsın. Ünvan: Salyan şəhər Y.Qasımov küçəsi - 3 Tel: 0212555430