22 iyul 2021-ci il tarixində “Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Fins.az ASC-nin bildirişinə istinadən xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2019 və 2020-ci illər üzrə illik hesabatının təsdiqi. 2. Cəmiyyətin 2019 və 2020-ci illərin nəticələri üzrə dividendlərin verilməsi.
3.Cəmiyyətin müşahidə şurasının seçilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda tanış ola bilərlər.
Yığıncaq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37 A nömrəli ünvanda “Badukubə” şadlıq evində keçiriləcəkdir.