“BİRGƏ İNVEST” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldıb
Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi xidməti məlumat yayımlayıb.
Məlumata görə, BİRGƏ İNVEST” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldığını elan edir.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 13 noyabr 2019-cu il tarixli qərarı ilə mikro, kiçik və orta biznes subyektlərinə maliyyə dəstəyi göstərmək üçün “Biznesin İnkişafında Rahat və Güvənli Əməkdaşlıq (BİRGƏ)” MMC təsis edilib. Nizamnamə kapitalı bir milyon manat idi. BİRGƏ MMC-nin əsas məqsədi qeyri-neft sektorunu təmsil edən KOB subyektləri ilə birlikdə biznes layihələri həyata keçirmək və bununla da, ölkədə özəl sahibkarlıq fəaliyyətini müddətli kapital qoyuluşları hesabına stimullaşdırmaqdır.
Müəllif:Aynur Qəniyeva