Bakı şəhərində Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi və sosial sığorta öhdəlikləri necə olmalıdır.
Fins.az xəbər verir ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyət göstərdikləri aylar üzrə 18 manat sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ, 30 manat sosial sığorta haqqı və 10 manat məbləğində icbari tibbi sığorta haqqı ödəməlidirlər.
Əsaslandırılma: Vergi Məcəlləsinin 220.5 və 220.6.1-ci maddəsi, "Sosial sığorta haqqında Qanun"un 14.5.1-1.10-cu, 14.5.1-2-ci maddələri, "Tibbi sığrota haqqında Qanun"un 15-2.2.2-ci və 15-10.1.3-cü maddələri