BİZNES

02 İyun

Mikayıl Cabbarovdan Təhsil naziri ilə görüş barədə AÇIQLAMA

Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov Təhsil naziri Emin Əmrullayev ilə görüşüb.

Fins.az xəbər verir ki, bu barədə nazir M.l Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, görüşdə iqtisadiyyat və təhsil sahələri arasında inteqrasiyanın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

"İnnovativ iqtisadiyyatın qurulması təhsil sistemi ilə birbaşa bağlıdır. Azərbaycanın ali təhsil müəssisələri, peşə məktəbləri, litseylər və məktəbləri, uşaq bağçaları innovativ iqtisadiyyata keçid üçün alternativsiz bazadır",- nazir qeyd edib.