BİZNES

01 İyun

Vüqar Bayramov: Borcun məbləği cəmi büdcə xərclərinin 7,8%-ə bərabərdir

Borcun məbləği 2020-ci ildə icra edilmiş cəmi büdcə xərclərinin 7,8%-ə bərabərdir.

Fins.az xəbər verir ki, bunu Millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb

O bildirib ki,Debitor borcların optimallaşdırılması ilə bağlı fəaliyyətlərin dərinləşdirilməsi vacibliyi ilə bağlıdır. Ötən ilin sonuna debitor borcların məbləği 2 milyard 52 milyon manatdək və debitor borcun məbləği 2020-ci ildə icra edilmiş cəmi büdcə xərclərinin 7,8%-ə bərabərdir.

Vüqar bayramov depitor borcların yaranma səbəblərinə toxunaraq "Aydındır ki, debitor borclarının yaranması və uzun müddət bağlanmaması nəticəsində büdcə vəsaitləri iqtisadi dövriyyədən yayındırılır. Digər tərəfdən borc məbləğinin yüksəlməsi borcların bağlanmaması riskini də formalaşdırır. Bu baxımdan, debitor borcların həcminin azaldılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi məqsədəuyğundur."-deyə qeyd edib edib. 

Müəllif:Aynur Qəniyeva