BİZNES

31 May

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 26%-dən çox ARTIB 

 2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 6,4 milyard ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayındə məlumat verilir. 

Məlumata görə, qeyri-neft sektoru üzrə 697 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 milyon ABŞ dolları və ya 26,5 faiz artıb.

Müəllif:Aynur Qəniyeva