BİZNES

31 May

Azərbaycandan qeyri-neft məhsulları ən çox bu ölkələrə ixrac olunub-SİYAHI

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Türkiyə, Rusiya, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.

Fins.az xəbər verir ki,dörd ayda Türkiyəyə 216,2 milyon ABŞ dolları, Rusiyaya 188,4 milyon dollar, İsveçrəyə 68,1 milyon dollar, Gürcüstana 53,4 milyon dollar, ABŞ-a isə 23 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.