BİZNES

27 May

Azərbaycan MDB ölkələri arasında ən çox bu ölkəyə məhsul ixrac edib

Cari ilin yanvar-aprel aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Fins.az xəbər verir ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 197,7 milyon ABŞ dolları, Ukraynaya 178,4 milyon dollar, Belarusa isə 122,9 milyon dollar olub.