Azərbaycanda iqtisadi artımın əsas hərəkətverici amili neft sektorundan qeyri-neft sektoruna transformasiya olunur.
Fins.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
O bildirib ki, 2021-ci ilin 3 ayında istehsalçılar üzrə tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 94,1% artıb.
Fikirlərinin davamında Mikayıl Cabbarov "Tütün məmulatları istehsalçılarının dövriyyəsində isə 82,4% artım vardır. Ödənilən aksiz vergilərinin məbləği əvvəlki illə müqayisədə 54,1% çoxdur", - deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva