2021-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrası 131,7% təşkil edir.
Fins.az xəbər verir ki, bunu İqtsadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.
O bildirib ki, büdcəyə nəzərdə tutulandan 780,7 mln. manat artıq vəsait daxil olub ki, bunun da 451,0 mln. manatı qeyri neft qaz sektorunun payına düşür.
Mikayıl Cabbarov həmçinbin "Vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 266,9 mln. manat artıqdır. İqtisadi islahatlar və özəl sektorun inkişafı öz bəhrələrini verir."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva