BİZNES

27 May

Yeni  "Xırdalan Dark Premium" pivəsi bazara çıxarılır - RƏHBƏRDƏN AÇIQLAMA

Dünən “Carlsberg Azerbaijan” tərəfindən  Azərbaycanda №1 pivə brendi olan “Xırdalan pivəsinin” yeni növü Xırdalan Dark Premium-un ilk süzməsi baş tutdu.

Xırdalan beynəlxalq səviyyədə tanınan və mükafatlandırılan 1 nömrəli milli pivə brendidir. Xırdalan yerli pivə istehsalçısı olaraq pivə trendləri yaradır və Azərbaycandan zövq almaq üçün qürurla yeni dad təqdim edir.

Xırdalan tünd pivəsi yüngül karamel dadı, xoşagələn bir mayaotu acılığı və zəngin ağızda qalan dad və ətri özündə birləşdirir. Tam olaraq, əsl tünd pivə dadına malik olmasına baxmayaraq, asanlıqla içilir və təravətləndirir və ən güclü pivə ekspertlərinin gözləntilərini mükəmməl şəkildə təmin edir.

Xırdalan Dark Premium ilkin mərhələdə çəllək qablaşdırmada istehlakçılara təqdim olunacaq.

Bunu Fins.az-a açıqlamasında "Carlsberg Azerbaijan"  şirkətinin baş Direktoru  Vyaçeslav Maltsev deyib.

O, bildirib ki, bu gün və sabah yeni məhsulumuz distribyutorlarımızın anbarına çatdırılacaq. Həftəsonu ilk dəfə olaraq istehlakçılarımız bu pivə ilə tanış ola biləcəklər. Biz əminik ki, yüksək keyfiyyətli pivə - "Xırdalan Dark Premium" istehlakçılarımız tərəfindən seviləcək.

Vyaçeslav Maltsev yeni məhsulun bazar mövqeyi barədə açıqlama verərək: "Bir neçə il öncə biz bazara Xırdalan Non-filtered məhsulunu təqdim etmişdik və bu məhsul ölkədə olduqca böyük uğur qazandı. Ümid edirik ki, yeni "Xırdalan Dark Premium" pivəsi də ən qısa zamanda istehlakçıların favoritinə çevriləcək.

Müəllif:Aynur Qəniyeva