BİZNES

26 May

AZPROMO bu beynəlxalq kredit təşkilatları ilə Azərbaycanın investisiya imkanlarını müzakirə edib 

Qida Təhlükəsizliyi üzrə İslam Əməkdaşlıq Təşkilatının (IOFS) təşkilatçılığı ilə “İƏT ölkələrinə investisiyaların cəlb edilməsinin perspektivləri və problemləri” mövzusunda onlayn görüş keçirilib.

Fins.az xəbər verir ki, görüşdə IOFS baş direktoru Yerlan Baydaulet, Dubai FDI-ın baş icraçı direktoru və İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) prezidenti Fahad Al Gergavi, həmçinin Kazakh İnvest-in İdarə Heyətinin sədri Meirjan Yusupov üzv ölkələrin investisiya mühitinin yaxşılaşdırılması üçün görülən tədbirlər barədə məlumat veriblər.

Tədbir çərçivəsində təşkil olunan sessiyalarda Kazakh Invest, Dubai FDI, Özəl Sektorun İnkişafı üçün İslam Korporasiyası (ICD) və İxrac Kreditinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təmsil etdikləri ölkənin investisiya imkanları barədə təqdimatlar keçirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.