BİZNES

26 May

Bərdədə bazar yanır - Fotolar + Yenilənib

Bərdədə güclü yanğın başlayıb.

Fins.az "Report"a istinadən xəbər verir ki, hadisə bazarda qeydə alınıb.

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

 

***

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı məlumat yayıb. 

Məlumatda deyilir:

"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək".