BİZNES

25 May

DDoS hücumlarının sayı 29% AZALIB

Kaspersky DDoS Protection-un məlumatına görə, 2021-ci ilin birinci rübündə qeydə alınmış DDoS hücumlarının sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 29% azalıb

Fins.az xəbər verir ki, eyni ilin dördüncü rübünə nisbətən 47% artıb. Bu artım ilin ilk üç ayında qeydə alınan bütün hücumların 43%-nin baş verdiyi yanvar ayında müşahidə olunan qeyri-adi aktivliklə əlaqədardır.

2021-ci ilin əvvəlində bir çox şirkət hələ də uzaqdan işləyir və vaxtın çoxunu evdə keçirirdi. Bu səbəbdən də hücumlar istifadəçilər tərəfindən xidmətlərinə ən çox ehtiyac duyulan təşkilatlara, məsələn, rabitə provayderləri və oyun platformaları kimi ən çox tələb olunan resurslara qarşı təşkil edilib. Bu, müştərilərin internetə qoşulmasında problemlər yaradıb. Bununla belə, bu cür mənbələrin davamlı olaraq təcavüzkarların diqqətinda olmasına baxmayaraq, DdoS hücumları ilə bağlı vəziyyət düzəlməkdədir.