Bu ilin I rübündə Azərbaycan xaricdən ümumi dəyəri 8,488 mln. ABŞ dolları (14,430 mln. manat) təşkil edən 215 940 qaz sayğacı idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə miqdar ifadəsində 5 dəfə, dəyər ifadəsində isə 6,1 dəfə artıb.
(c)APA