BİZNES

20 May

İqtisadiyyat Nazirliyi bu sahibkarları cəzalandırıb

İqtisadiyyat Nazirliyinin mayın 18-də keçirdiyi növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində Ziyafət Hüseynova, Leyla Murtuzovaya, Həmid Qurbanova, Mələk Niftalıyevaya, Hüseyn Rəhimova, Elvin Mustafayevə məxsus pərakəndə ticarət obyektlərində, Amir İbrahimova məxsus təmir sexində, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.