BİZNES

20 May

Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi açıqlandı

2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25078,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə, 0,2 faiz az ümumi daxili məhsul istehsal olunub.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,1 faiz artıb.

 

ÜDM istehsalının 41,1 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi tikinti, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2506,2 manata bərabər olub.