BİZNES

18 May

Azərbaycanın ixracı kəskin artıb

2021-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi9 milyard 893 milyon 247 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə xarici ticarətin həcmi 9 milyard 688 milyon 252 min ABŞ dolları təşkil etmişdi.

Fins.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayında idxal 3 milyard 528 milyon 909  min ABŞ dolları (2020-ci ilin ilk 4 ayında 3 milyard 381 milyon 820 min ABŞ dolları), ixrac isə 6 milyard 364 milyon 338  min ABŞ dolları (2020-ci ilin ilk 4 ayında 6 milyard 306 milyon 432  min ABŞ dolları) təşkil edib.

2021-ci ilin yanvar-aprel dövründə xarici ticarət əməliyyatları üzrə müsbət saldo 2 milyard 835 milyon 429 min dollar təşkil edib (ötən ilin eyni dövründə 2 milyard 924 milyon 613 min dollar təşkil etmişdi). İlk 4 ayda idxal ixracdan daha çox artdığından saldo azalıb.

2021-ci ilin Aprel ayında ixrac 2021-ci ilin ötən dövründə ən yüksək məbləğli aylıq ixrac olub. Belə ki, yanvar-mart dövründə aylıq 1 milyard 164 milyon dollar -1 milyard 624 milyon dollar civarında olmuş aylıq ixrac apreldə 2 milyard 226 milyon 327 min dollara yüksəlib. Mart ilə müqayisədə Apreldə ixrac 1,6 dəfə artıb.