BİZNES

17 May

Azərbaycanda əsas kapitala yönələn vəsait AZALIB

2021-ci ilin yanvar-aprel aylarında əsas kapitala 3752,8 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz az vəsait yönəldilib.

Fins.az xəbər verir ki,neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 15,2 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 2722,5 milyon manatı və ya 72,5 faizi məhsul istehsalı sahələrinə, 726,3 milyon manatı (19,4 faizi) xidmət sahələrinə, 304,0 milyon manatı (8,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2132,6 milyon manatını və ya 56,8 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2722,9 milyon manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. 

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 64,7 faiz, büdcə vəsaitləri 15,6 faiz, bank kreditləri 6,8 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər isə 5,7 faiz təşkil edib.