BİZNES

17 May

Azərbaycanın Türkiyədən hazır geyim - İdxalı Artıb

2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 14,022 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə  Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin apreli ilə müqayisədə 20,9 faiz artıb və 3,284 milyon dollara bərabər olub.

2021-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 6,336 milyard dollar təşkil edib.

Son 12 ay ərzində (aprel 2020 - aprel 2021) Türkiyə 18,665 milyard dollar məbləğində hazır geyim ixrac edib. (Trend)