BİZNES

17 May

“Bakı Tikinti Quraşdırma “ASC səhmdarlarının yığıncağı keçiriləcək

“Bakı Tikinti Quraşdırma” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Fins.az xəbər verir ki, yığıncaq 2 iyul 2021 - ci il saat 11.00 - da baş tutacaq.

Gündəlikdəki məsələlər:

1. ASC-nin idarəetmə orqanlarının 2020 -ci ilə aid maliyyə - təsərrüfat fəaliyyəti barədə hesabatı.

2. Təşkilati məsələ - ASC-nin idarəetmə orqanlarının seçilməsi.

Ümumi yığıncağın gündəliyinə aid materiallarla tanışlıq üçün iş günləri zamanı ASC rəhbərliyinə müraciət etmək olar.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Qeyd – göstərilən tarixdə koronavirus infeksiyası və ya hər hansı digər səbəbdən məhdudiyyətlər yaranarsa , aşağıdakı telefonla əlaqə saxlayaraq kod və linki öyrənib yığıncaqda onlayn qaydada iştirak etmək olar.

Əlaqə telefonu – 070 560 05 06 .

Ünvan – Bakı şəhəri, Nizami rayonu, 6-cı Köndələn küçəsi ev 1.