2021-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 89 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal olunub.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7036,8 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 4506,3 milyon dollarını və ya 64,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2530,5 milyon dollarını (36,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1975,8 milyon dollar məbləğində müsbət saldo yaranıb.
Müəllif:Aynur Qəniyeva