BİZNES

16 May

“Akkord AN” ASC səhmdarların yığıncağı keçiriləcək

“Akkord AN” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Fins.az xəbər verir ki, yığıncaq 30 iyun 2021-ci il tarixdə, saat 14:00-da AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz, ev 95 nömrəli ünvanda  baş tutacaq.

Gündəlikdəki məsələlər:

  1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi;
  2. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi;
  3. Cari məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 283 88 44 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.