2021-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10176,2 min ton, yük dövriyyəsi isə 2405,2 milyon ton-km olub
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər veir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,8% və 8,7% azalma müşahidə olunmuşdur. Yüklərin 5636,0 min tonu və ya 55,4 faizi avtomobil nəqliyyatı, 3349,4 min tonu və ya 32,9 faizi dəmir yolu nəqliyyatı, 1190,8 min tonu və ya 11,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 23,5 faizini və ya 2393,9 min tonunu tranzit yüklər təşkil edib.
Müəllif:Aynur Qəniyeva