BİZNES

08 May

“Hədiyyələr” ASC-nin səhmdarları toplaşır - Yeni Sədr Seçiləcək

“Hədiyyələr” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirələcəkdir.

Fins.az xəbər verir ki, yığıncaq 23 iyun 2021-ci il saat 11.00-da baş tutacaq.

Gündəlikdəki məsələlər:

1. 2020-ci ilin yekunları üzrə cəmiyyətin icra orqanının hesabatı­nın dinlənilməsi və balansın təsdiqi.

2. Cəmiyyətin müşahidə şurası­nın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, yeni müşahidə şura­sının və onun sədrinin seçilməsi.

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla 2021-ci il iyunun 18-də cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi 31.

Telefon- 012-560-09-71.