Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxili bazar araşdırmasının aparılması üçün podratçılar seçir.
Fins.az xəbər verir ki, seçim açıq tender üsulu ilə 7 lot üzrə keçirilir: tibbi əlcəklərin istehsalı, elektron ticarət, birdəfəlik karton istehsalı ilə bağlı daxili bazar istehlakının öyrənilməsi, əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı, lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması, pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması, pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən qida üçün yağ məhsullarının hazırlanması müəssisəsinin yaradılması.
Hər bir lot üzrə iştirak haqqı 50 manatdır.
İddiaçıların təklifləri 21 iyun saat 11:00-dək qəbul olunur. Təkliflər 22 iyun saat 11:00-da açılacaq.