BİZNES

08 May

Bakıda ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 10% ARTIB

2021-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,5 faiz artaraq 5366,7 milyon manat olub.

Fins.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika idarəsi məlumat yayımlayıb 

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3% artaraq 2749,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,0% azalaraq 2617,0 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,2 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Müəllif: Aynur Qəniyeva

.