İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 45001 "Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi" dövlət standartı qəbul edilərək Dövlət Fonduna daxil edilib.
Fins.az xəbər verir ki, bu standart əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tərəfindən tətbiq edilə bilər.
Məlumatda qeyd edilir ki, yeni standartın tətbiqi sahibkarlara istehsalatda zədə və peşə xəstəliklərinin qarşısını almaqda, təhlükəsiz və sağlam iş yerləri yaratmaqda, preventiv və qoruyucu tədbirlər görməklə əmək sağlamlığı və təhlükəsizliyi üzrə riskləri idarə etməkdə kömək edəcək.