İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 119.55 % əməl edib.
Fins.az xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev "Twitter" səhifəsində yazıb.
Sədr qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 153.5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.