Böyük Britaniyanın “Knight Frank” əmlak məsləhət şirkəti mənzil qiymətlərinin dəyişkənliyini əks etdirən növbəti “Global Residential Cities İndex”ini açıqlayıb.
Fins.az xəbər verir ki, dünyanın 150 şəhərini əhatə edən hesabatda ötən ilin dördüncü rübündəki artıma görə, 30,2 faizlə Ankara birincidir.
İkinci yerdə İzmir (29,4 faiz), üçüncü yerdə isə İstanbul (27,9 faiz) qərarlaşıb. Sonrakı yerləri Okland, Vellinqton, Seul, Ottava, Halifaks, Moskva, Sankt Peterburq tutur.
Həmçinin mənzilin bahalaşması ilə bağlı ölkələr reytinqində ilk səkkiz ölkə bunlardır: Türkiyə (2019-cı ilin dördüncü rübündən 2020-ci ilin dördüncü rübünədək 30,3 faiz artım), Yeni Zelandiya (18,6 faiz), Slovakiya (16 faiz), Rusiya (14 faiz), Luksemburq (13,6 faiz), Polşa (10,9 faiz), Birləşmiş Ştatlar (10,4 faiz), Peru (10,3 faiz).
(c)Report