BİZNES

31 Mart

Xaricə ən çox məhsul ixrac edən Azərbaycan şirkətləri -SİYAHI

 2021-ci ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "P-Aqro" MMC,  "Baku Steel Company MMC",  "Critical Fruit" MMC, "Almeyvə" MMC, "Metal Trader LTD" MMC,  "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC  və “Aqrovest” MMC.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayında məlumat verilib 

Məlumat görə, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, “Azəripək” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və "Azərbaycan Hava Yolları" QSC.

Müəllif:Aynur Qəniyeva