BİZNES

30 Mart

Ukraynadan ölkəmizə gətirilən 24 tona yaxın dondurulmuş toyuq dərisinin yararsız olduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ukraynadan ölkəmizə idxal edilən toyuq dərisi məhsulunu istehlak üçün yararsız hesab edib.

“Həyata keçirilən nəzarət tədbirləri zamanı “Frozen Products” MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 23898 kq dondurulmuş toyuq dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib”, - deyə AQTA-nın məlumatında bildirilir.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.