2021-ci ilin II yarısında Dağıstan müəssisələrinin Azərbaycana biznes missiyası planlaşdırılır. Bu barədə Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi məlumat verib.
“Dağıstan müəssisələrinin ixrac tədarükünün 43%-i Azərbaycana həyata keçirilib. Dağıstan ixracının əsas mal mövqeləri – cilalanmış şüşə, kartof, qoyun əti, şüşə tarası, günəbaxan və qarğıdalıdır”, - məlumatda qeyd olunur.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Dağıstan ixracının Azərbaycana əsas mövqelərini və Rusiya ixracatçılarının rastlaşdığı əsas maneələri qeyd edib.
Rusiya İxrac Mərkəzinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Nuri Quliyev Dağıstan məhsullarının azərbaycanlı alıcılarına əlçatan dəstəyin maliyyə alətlərini təqdim edib.
“Dağıstan Respublikasının nazirlik və idarə rəhbərləri nəqliyyat, turizm, kənd təsərrüfatı, sənaye kooperasiyası və investisiya əməkdaşlığı sahəsində Azərbaycan Respublikası ilə əməkdaşlığın cari vəziyyəti barədə söz açıblar. Həmçinin, görüşdə cari il Azərbaycanda keçirilməsi planlaşdırılan sərgilərdə Dağıstan biznes nümayəndələrinin iştirakı və ikinci yarımillikdə Dağıstan müəssisələrinin biznes miossiyasının təşkili müzakirə olunub”, - məlumatda vurğulanır.
(c)inter