2020-ci ilin sonuna Azərbaycanın dövlət büdcəsinə vergi borcları 2 milyard 564,2 milyon manat təşkil edib.
2019-cu illə müqayisədə vergi borcları 4,2% və ya 102,6 milyon manat artıb.
Ötən il vergi orqanları tərəfindən borcluların 725,1 milyon manat məbləğində əmlakının siyahıya alınması ilə bağlı 9,9 min qərar qəbul olunub, bu da 2019-cu ilin göstəricisindən 6,7% çoxdur. Həmin qərarlardan 461,4 milyon manat məbləğində 7 mini borcun ödənilməsi ilə əlaqədar ləğv olunub. Qəbul olunan qərarlar üzrə borclular tərəfindən dövlət büdcəsinə 139,9 milyon manat ödənilib.
“Hesabat dövründə borcları 412,2 milyon manat təşkil edən 3 min vergi ödəyicisi barəsində məhkəmənin qərarı ilə xaricə səfərlər müvəqqəti qadağa tətbiq olunub. Nəticədə, borclular tərəfindən dövlət büdcəsinə 46,3 milyon manat ödənilib”, - hökumətdən məlumat verilib