BİZNES

29 Mart

Əlavə kimyəvi qatqısız “Kartof Free” istehsal edəcək Azərbaycan brendi - "GARLIC"MMC

Qida məhsulları istehsalı sahəsində çalışan ABADçılardan biri  olan Bakı şəhər sakini İsmayıl Mikayılov artıq iki ilə yaxındır ki, öz kiçik biznesini qurmaqda israrlıdır:
 
“Bir neçə il bundan öncə xarici ölkələrin birində marketdə kiçik bir araşdırma edirdim. Düşündüm ki, satış üçün minimum büdcə ilə başa gələn hansı məhsul Azərbaycan bazarında yoxdur? Bu zaman gözüm sarımsaq tozuna sataşdı. Məhsul etiketini oxuyub, bu ideyanın mənim kriteriyalarıma uyğun olduğunu hiss etdim. Vətənə döndüyüm zaman dostumla birlikdə "GARLIC" MMC şirkətini qurduq. Təbii ki ilk olaraq da sarımsaq tozunun istehsalına başladıq.
 
İ.Mikayılovun dediyinə görə ilk vaxtlar məhsulunu yalnız şəxsi tanışlıq sayəsində xırda dükanlar satışa çıxarırdılar. Satış bazarını genişləndirmək üçün “ABAD”a müraciət etmək qərarı verib: “ABAD”a müraciət edərək öz məhsulumuzu təqdim etdik. Məhsulumuz bəyənildi və bizə Quba “ABAD Factory”-də istehsal üçün yer ayrıldı. Hazırda biz burada sarımsaq tozu ilə birgə digər müxtəlif ədviyyatlar da istehsal edirik: qara və qırmızı istiot. sumax, sarıkök, pul bibər, çörəkotu və s.”.
“ABAD” və “GARLIC” MMC-nin birgə istehsalı olan sarımsaq tozu və digər ədviyyatlar “ABAD” Bakaleyalarında və digər satış məntəqələrində ("Bravo", "Grandmart" və "Bolmart" marketlər şəbəkələri) təqdim olunur, artıq müştərilər arasında öz rəğbətini də qazanıb. Bu məhsullar təbii olmağı ilə bərabər bir çox xüsusiyyətləri ilə seçilir. Məsələn sarımsaq tozu kəskin sarımsaq qoxusundan azad edir, panirovka üçün də uyğundur.
"ABAD" müştərilərini yaxın bir zamanda ABADçı İsmayıl Mikayılovdan daha bir yenilik gözləyir. Belə ki qısa müddət ərzində yerli seçmə kartofdan, əlavə kimyəvi qatqısız “Kartof Free” məhsulu müştərilərə təqdim olunacaq.