BİZNES

01 Mart

Peyklərdən əldə edilən gəlir açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayı təqdim edilib

Fins.az xəbər verir ki, bu barədə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayındə məlumat verilib. 

Məlumta görə,2021-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 21 ölkəsinə 1,98 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 84 faizini təşkil edib. 

“Azərkosmos” ASC-nin 2021-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, BƏƏ, Pakistan və Türkiyədir.