"Ərzaq məhsullarının, tikinti məhsullarının qiymətləri tələb və təklif əsasında formalaşır, bu məhsulların qiymətlərinin süni müdaxilə ilə tənzimlənməsi düzgün deyil".
Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.
Onun sözlərinə görə "ərzaq məhsulları üzrə 57 adda, meyvə-tərəvəz məhsulları üzrə 58 adda, tikinti məhsulları üzrə 51 adda məhsulun monitorinqini aparırıq.Son vaxtlar qiymətlərin süni artırılması üzrə hansısa qanun pozuntusu aşkar etməmişik. Müəyyən kateqoriya məhsulların qiymətləri qlobal bazarlarda yüksəlməkdədir. Ölkəmizdə bu məhsulların böyük həcmdə istehsalı yoxdur. Məsələn, şəkər tozu, yağ məhsulları və s. Biz dünya birjalarını da izləyirik və görürük ki, böyük faizlər ilə qlobal birjalarda bahalaşmalar baş verir və bununla əlaqədar olaraq Azərbaycanda da qiymət artımları yaranır".