2021-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,4 faiz artıb.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Məlumata görə, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun qiymətlərində müşahidə olunub.
Həmçinin məlumatda " Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib"-deyə qeyd olunur
Müəllif: Aynur Qəniyeva