“Postpandemiya dövründə vergi sistemi” mövzusunda sahibkarların iştirakı ilə videoformatda konfrans keçiriləcək.
Fins.az xəbər verir ki, videoformatda konfrans İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 12 fevral 2021-ci il tarixdə keçiriləcək
Məlumata görə, konfransda pandemiyanın sahibkarlıq subyektlərinə təsiri və postpandemiya dövründə vergi sistemi üçün çağırışların müzakirə edilməsi nəzərdə tutulur. Sahibkarlıq subyektlərindən konfrans zamanı müzakirə üçün vergi sahəsində qarşılaşdıqları məsələlər barədə, həmçinin vergi qanunvericiliyinə dair suallarını və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərmələri tövsiyə olunur.
Müəllif:Aynur Qəniyeva