Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində dəyişiklik olub.
Məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Nazirin əmrinə əsasən “AzinTelekom”un direktoru vəzifəsini icra edən Leyla Məmmədova, direktor müavini Ceyhun Əliyev və maliyyə departamentinin rəhbəri Tamam Cəfərova vəzifəsindən azad edilib.
“AzInTelecom” MMC “Azercell Telekom” MMC-nin əsas səhmdarıdır.
“AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
(c)report