BİZNES

04 Fevral

Bu dövlət xidmətinin çağrı mərkəzinə daxil olmuş araşdırma tələb edən şikayətlərin sayı açıqlanıb

2020-ci il ərzində Çağrı Mərkəzi, onlayn çat  və sosial şəbəkələr vasitəsi ilə Dövlət Xidmətinə 46 444 müraciət daxil olub.

Fins.az xəbər verir ki, onlardan 43 694-ü 193 Çağrı Mərkəzinin, 2750-si isə onlayn resursların payına düşür. Çağrı Mərkəzinə daxil olan müraciətlərin 42903-ü sorğu xarakterli, 791-i isə araşdırma tələb edən məsələlər olub.

Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və rüsumlar, dövlət reyestrindən çıxarışın alınması, daşınmaz əmlak barədə yüklülük, torpaqların təyinatının dəyişdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi və s. məsələləri əhatə edib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin fəaliyyəti ilə bağlı sorğular 193 Çağrı Mərkəzi, rəsmi sayt (emlak.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə cavablandırılır.

Müəllif: Aynur Qəniyeva