BİZNES

04 Fevral

Daha 12 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi

Azərbaycanın daha 12 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib.

Fins.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması üçün “Rosselxoznadzor” Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə, Azərbaycan müəssisələrində məhsulun pomidor güvəsinə yoluxmaması ilə bağlı video-yoxlamalar aparır.

 

Yanvarın 14-dən 29-dək aparılan video-yoxlamalar nəticəsində alınan nümunələrin fitosanitar ekspertizasının mənfi nəticələrini nəzərə alaraq 5 fevral 2021-ci il tarixindən etibarən Rusiyaya pomidor idxalına icazə verilib.

Pomidor ixracına icazə verilən müəssisələr Bakı şəhəri, Abşeron, Lənkəran, Sabirabad və Kürdəmir rayonlarında yerləşir.