BİZNES

03 Fevral

Mikayıl Cabbarov: SKS Parkında 24 sahibkarlıq subyektinə rezident statusu verilib

Regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu verilib.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında məlumat verib 

Məlumata görə, növbəti mərhələdə 400 milyon manatdan çox investisiyanın qoyulması və 900-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

Müəllif: Aynur Qəniyeva