BİZNES

03 Fevral

Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi” yaradılıb

Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi” yaradılıb

AMEA Yüksək Texnologiyalar Parkında (YTP) “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətə başlayıb. YTP-dən fins.az verilən məlumata görə, mərkəzin yaradılması akademiyanın elmi müəssisə və təşkilatlarında əldə olunan innovativ perspektivli elmi nailiyyətlərin tətbiqini və beynəlxalq elmi-innovativ fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.

Mərkəz həmçinin innovasiyalı texnologiyaların vahid məlumat bazasının yaradılmasını, bu texnologiyaların kommersiya potensialının qiymətləndirilməsini, innovasiya fəaliyyəti və texnologiyaların transfer məsələləri üzrə elmi-tədqiqat sifarişləri elmi-tədqiqat institutuna yönləndirilməsini, o cümlədən innovasiya idarəetmə proseslərinin koordinasiyasını həyata keçirəcək.
Mərkəzin səmərəli fəaliyyəti texnoparkın iqtisadi və intellektual potensialının inkişafına, AMEA-nın büdcədən asılılığının azalmasına, işçilərin sosial rifahına, elm və tədqiqat nəticələrinin iqtisadi və praktik tətbiqinin genişlənməsinə, eləcə də innovativ inkişafa özəl investisiyanın cəlb edilməsinə və elmin populyarlaşdırılmasına dəstək verəcək.