Elektron Kredit Platforması vasitəsi ilə 529 müraciət üzrə 169 mln. manat dövlət zəmanətli kredit ayrılıb.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında məlumat verib.
Məlumata görə, o bildirib ki, sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması effektiv vasitədir.
Mikayıl Cabbarov "ötən il bu platformada 949 mln. manat həcmdə 3300-dən çox müraciət qeydə alınıb. 529 müraciət üzrə 169 mln. manat dövlət zəmanətli kredit ayrılıb."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva
