2020-ci il ərzində Azexport.az portalına 610,8 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib.
Məlumata görə,bu 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 2,5% artıb.2020-ci ilin dekabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 57,5 mln. dollar təşkil edib ki, bu da bu ilin noyabr ayı ilə müqayisədə 40% çoxdur.
2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 dekabr tarixinə kimi (48 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,19 mlrd. dolları üstələyib.